Lənkəranda ev külə döndü
Lənkəranda fərdi yaşayış evi yanaraq kül olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 16-da səhər saatlarında rayonun Osakücə kənd sakini, 1979-cu il təvəllüdlü Fərrux Balağa oğlu Nağıyevə məxsus birmərtəbəli, 3 otaqlı yaşayış evində qeydə alınıb. Yanğın baş verən zaman ev sahibləri işə getdiyindən hadisə barədə yaxın qonşular xəbər tutublar. Dərhal “101” xidmətinə zəng edildikdən sonra hadisə yerinə Fövqəladə Hallar Nazrliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə güclü alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kv.m olan ev içindəki məişət əşyaları ilə birlikdə yanaraq kül olub.
İlkin versiya kimi yanğının elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub