"Qarabağ" Çempionlar Liqasına səfər qələbəsi ilə başlayıb
Çempionlar Liqasında II təsnifat mərhələsində mübarizəyə start verilib.
APA TV-nin məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” ilk sınağına səfərdə çıxıb. Tarixində ilk dəfə bu yarışa qatılan komandamız Maltada “Valletta” ilə üz-üzə gəlib.
Zəif rəqiblə qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” meydanı qələbə ilə tərk edib. 17-ci dəqiqədə Çumbinyonun qolu ilə fasiləyə üstün durumda yollanan təmsilçimiz fasilədən sonra fərqlənməyə yaxın olub.
Belə imkanlardan ən realı matçın sonlarına təsadüf edib. Amma 84-cü dəqiqədə Riçard Almeyda penaltidən yararlana bilməyib. Braziliyalı futbolçunun zərbəsini qapıçı zərərsizləşdirib.
Qeyd edək ki, Bakıdakı cavab oyunu iyulun 22-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
17:46
368
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
534
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
489
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1105
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
958
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
976