Lənkəranda “Niva” yanıb
Lənkəranda minik avtomobili yanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Cil kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Diryan kənd sakini, 1978-ci il təvəllüdlü Rafiq Mirzəxan oğlu Kazımova məxsus “Niva” markalı, 10 LA 304 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrik hissəsi alışıb. Sürücü dərhal maşını saxlayaraq, yanındakı sərnişinlə birlikdə yerə atılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Onların səyləri ilə yanğın söndürülsə də, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına avtomobilin mühərrik hissəsində elektrik naqillərinin qısaqapanmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub