Jurnalist Rauf Mirqədirovun həbs müddəti uzadılıb
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həb-qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb. Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
17:46
391
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
552
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
504
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1110
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
962
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
980