Azərbaycan prezidenti İtaliyanın baş naziri ilə görüşüb
İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin baş nazir Matteo Renzi ilə görüşü olub. Baş nazir Matteo Renzi Prezident İlham Əliyevi qarşılayıb. İtaliya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti baş nazir Matteo Renziyə təqdim olunub.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirilib, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd olunub. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İtaliya baş nazirinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə şam yeməyi verilib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub