Satıcılar müştəri üstündə bıçaq davasına çıxdılar
Goranboy rayonunun Goran qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə,4 hadisə Goranboy rayonunun Goran qəsəbəsində baş verib. Rayon sakini, 35 yaşlı Samir Alıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 33 yaşlı Ruslan Nuriyevə bir bıçaq zərbəsi vurub. Zərərçəkmiş yaxınlıqdakı insanların köməkliyi ilə dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra onun vəziyyəti ağırlaşdığından Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Samir Alıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsindən verilən məlumata görə hər iki şəxs Goran qəsəbəsi ərazisində gecə saatlarında kiçik ticarətlə məşğul olur. Hadisənin müştəri üstündə olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub