Həbs olunan meyxanaçı: "22 yaşımdan narkotikdən istifadə edirəm"
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyevi həbs ediblər. Onun üzərinə baxış kecirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb.
Saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığını deyir: "Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər".
İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: "22 yaşımdan çəkirəm. Məclislərdə mənə narkotik təkli edirlər ki, təbim gəlsin".
1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı APA TV-yə vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur".
Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub