"Sovetski" sakinləri üçün yeni yaşayış binası tikiləcək
Köçürülən “Sovetski” sakinləri üçün Bakıda yeni bina inşa olunacaq. APA TV-nin məlumatına görə, binanı inşa edəcək şirkətin rəsmilərinin bu gün keçirdikləri mətbuat konfransında “Sovetskaya Kooperativi” layihəsi təqdim edilib.
Mətbuat konfransında bildirilib ki, yaşayış binası 16 mərtəbəli, 9 blok və hər blokda 90 mənzildən (ümumilikdə 810 mənzil) ibarət olacaq. Mənzilin bir kvadrat metri 380 manat təşkil edəcək. Bildirilib ki, binanın Ukrayna dairəsi, Gəncə prospektində inşa edilməsi nəzərdə tutulur. Ümumi “Pay Fondu” yaradılacaq, sakinlərlə müqavilə imzalanacaq və 50 faiz ödəniş etdikdən sonra mənzil sahibinin adına sənədləşdiriləcək.
Artıq layihənin hazırlıq dövrü bitib. Binanın tikintisinin 18 aya yekunlaşması nəzərdə tutulur. Mənzillər sakinlərə təmirsiz şəkildə təqdim olunacaq. Hələlik sakinlərdən ərizələr yığılır. Artıq binada mənzil almaq istəyən sakinlərin 50 faizdən çoxundan ərizə toplanıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub