Azərbaycan-Rusiya biznes forumu keçirilib
"Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi ildən-ilə çoxalır".
APA TV-nin xəbərinə görə, bu sözləri Bakı Biznes Mərkəzində Rusiyanın Tomsk vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumunda çıxışında Azpromo-nun rəhbəri Rüfət Məmmədov deyib.
Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Rusiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib: "2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artıb. Bu gün Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərir".
O əlavə edib ki, son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. dollar, qeyri-neft sektoruna isə 168,9 mln. dollar investisiya yatırılıb. Son 3 ildə Rusiyanın subyektləri ilə 13 biznes forum, işgüzar görüş və sərgi keçirilib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub