Liviya yenidən qarışdı: Paytaxt aeroportu partladıldı, Tripoli və Benqazidə ölənlər var
Liviyada vəziyyət gərginləşib. Ölkədə 6 aydan çoxdur davam edən sakitlik ötən gecə pozulub. Hökumətə bağlı olan qüvvələrlə silahlı qruplaşmalar arasında münaqişənin yenidən alovlandığı barədə xəbərlər verilir. Ölkədə baş verən silahlı qarşıdurmalarda ən azı 9 nəfərin öldüyü bildirilir. APA TV-nin məlumatına görə, paytaxtın hava limanı terrorçular tərəfindən atəşə tutulub. Aeroportdakı təyyarələrin əksəriyyəti partladılıb, dispetçer qülləsi isə dağıdılıb. İki hərbçinin öldürüldüyü deyilir. Digər tərəfdən ölkənin şərqindəki Benqazi şəhərində də bənzər hadisələr baş verib. Burada 7 nəfər silahlı münaqişələrin qurbanı olub. Asayişin bərpa olunması üçün paytaxtda və bəzi şəhərlərdə hərbiçilərin nəzarət məntəqələri yaradılıb. Qeyd olunur ki, hökumət ölkədə təhlükəsizliyin təmini üçün dünya ictimaiyyətinə müraciət etmək niyyətindədir. BMT isə adı çəkilən ölkədə olan nümayndələrini təxliyyə etmək barədə qərar qəbul edib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub