Cəlilabadda avtomobil velosipedçini vurdu
Cəlilabadda velosipedçinin vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində Seyrəngah adlanan parkın yaxinliqinda qeydə alınıb. Rayon sakini Müslüm Miraqil oglu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yolu velisopedlə keçmək istəyən rayon sakini, 17 yaşlı Elməddin Quliyevi vurub. Yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili yardim şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti ağırlaşdığından Bakı şəhərindəki xəstəxanaların birinə yola salınıb.
Hadisənin “Mercedes”in yüksək sürətlə idarə olunması və eyni zamanda velosipedçinin təhlükəsizlik tədbirlərinə riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla baglı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub