Şamaxıda zəncirvari qəza: yük maşını 2 avtomobili əzdi
Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə yolun 108-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Acıdərə adlanan ərazidə yolun enişli hissəsində “KamAZ” markalı yük avtomobilinin əyləc sistemində yaranan problem səbəbindən sürücü idarəetməni itirib və sementlə dolu yük maşını yoldan çıxaraq, qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxıb. Yük maşını “Mercedes” və “VAZ 2107” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı Qəbələ sakini 25 yaşlı Ziya Ağarəhimov, Qobustan sakinləri - 31 yaşlı Qalib Ağayev, 56 yaşlı Tərlan Ağayev və onun 9 yaşlı oğlu Rəsul Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı və Qobustan rayon xəstəxanalarına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub