Səhiyyə Nazirliyindən abort və doğuş faciələri ilə bağlı açıqlama
Səhiyyə Nazirliyi Azərbaycanın Hacıqabul və Qazax rayonlarında baş verən ana ölümü faktlarına rəsmi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Hacıqabulda 1990-cı il təvəllüdlü Əsmər Əzizova abortdan sonra dünyasını dəyişib. Onun sözlərinə görə, 3-cü abortu olan xəstənin vəziyyəti abortdan 5 gün sonra pisləşib.
Əsmər Əzizova xəstəxanaya kritik ağır vəziyyətdə gətirilib. Bakıdan rayona uroloq və reanimotoloq ibarət mütəxəssislər göndərilib. Lakin onu xilas etmək mümkün olmayıb.
Qazax rayonunda isə 1994-cü il təvəllüdlü Şəhla Bayramova doğuş zamanı ölüb. Onun birinci doğuşu olub. Doğuşdan sonra otanik qanaxma baş verib. Anar Qədirli qeyd edib ki, hazırda hər iki cəsəd təşrih edilib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən araşdırma aparılır.
Bu da araşdırmanın maksimal obyektiv aparılmasına imkan verir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub