Temperatur yenidən yüksələcək
Sabah gündüzdən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, sonrakı günlərdə ölkə ərazisində havanın temperaturu yenidən yüksələcək. Havanın temperaturu iyulun 16-17-də bu günlərlə müqayisədə 3-5 dərəcə yüksək olacaq. İyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq. İyulun 15-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 15-də Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti gözlənilir. İyulun 16-17-də isə zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında gözlənilən isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub