Bakıda baş verən yanğında 1 hektar ərazi yanıb
Bakıda yanğın hadisəsi baş verib. Xətai rayonu, Cavanşir küçəsində qeydə alınan yanğında 1 hektara qədər ərazi yanıb. Hadisə yerinə Xətai rayon Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının bir neçə avtomobili və canlı qüvvəsi cəlb olunub. Havanın küləkli olması yanğının tezliklə ətrafa yayılmasına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Yanğın nəticəsində ərazidə olan tullantılar, qamışlıq sahə və bir neçə ağac yanaraq kül olub. Yanğının ətrafda yerləşən köhnə tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
17:46
452
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
614
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
565
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1113
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
964
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
982