Salyanda ağır qəza - 1 ölü, 4 yaralı
Salyan rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun 84-cü kilometrliyində Salyanın Şorsulu kəndi ərazisində qeydə alınıb. Salyan rayonunun Yolüstü kənd sakini, 49 yaşlı Rahil Qədir oğlu Ağarzayev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn “BMW” markalı minik maşını ilə toqquşub. Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Hadisə zamanı mikroavtobusun sürücüsü Rahil, Ramil, Cəlal Ağarzayev qardaşları, onların yaxın qohumları Rəşad Qara oğlu Ağarzayev, Zahir Əliqulu oğlu Ağarzayev və “BMW”nin sürücüsü Lənkəran sakini, 30 yaşlı Səid Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn təcili yardım maşını ilə yaralılar dərhal Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq qardaşlardan biri - Ramil Ağarzayevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub