Nabranda növbəti reyd: 60 sürücü cəzalandırıldı
Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə həftə sonu Nabran qəsəbəsi ərazisində reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb. Bəzi hallarda sürücülər polis əməkdaşlarını tələblərinə əməl etməkdən boyun qaçırıb.
Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA TV-nin şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 60 sürücü barədə protokol tərtib edilib. Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
OXŞAR XƏBƏRLƏR
17:46
452
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
614
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
565
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1113
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
964
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
982