Hollandiya millisi bürünc medala darmadağınla qovuşdu
Hollandiyanın futbol millsi Braziliya yığmasını məğlub edərək, dünya çempionatının üçüncüsü oldu. Brazilia şəhərində keçirilən qarşılaşma hollandiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatdı.
Oyunda hesab çox tez açıldı. 2-ci dəqiqədə Braziliya millisinin qapısına penalti təyin edildi. Tiaqo Silvanın Aryen Robbenə qarşı qayda pozuntusuna hakimin münasibəti mübahisəli oldu. Əvvəla, qayda pozuntusu braziliyalı futbolçunun bariz qol şansını əngəlləməsi idi. Lakin hakim Tiaqo Silvaya qırmızı yox, sarı kart göstərdi. İkincisi, bəzi futbol şərhçiləri hesab edirlər ki, qayda pozuntusu cərimə meydançasında baş vermədiyindən, hakim penalti yox, cərimə zərbəsi təyin etməliydi. Bütün mübahisələrə baxmayaraq, hakim artıq qərarını vermişdi və Robin van Persi penaltidən hesabı açdı.
17-ci dəqiqədə Deyli Blind braziliyalı müdafiəçilərin səhvindən istifadə edərək, hesabı 2:0-a çatdırdı.
Bu, birinci hissədə vurulan sonuncu qol oldu. İkinci hissədə braziliyalılar hesabı bərabərləşdirmək üşün irəli atıldılar. Amma hollandiyalılar buna imkan vermədilər.
Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Hollandiya yığması hesabı darmadağın həddinə çatdırdı. Corcinyo Veynaldum komandasının üçüncü qolunu vurdu.
Beləliklə, Hollandiya millisi dünya çempionatını üçüncü yerdə başa vurdu. Bu, hollandların ilk bürünc medalıdır. “Narıncılar” indiyədək üç dəfə dünya ikincisi olublar.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub