İsrailin hava hücumu zamanı HƏMAS liderinin bacısı oğlu öldürüldü
İsrailin Qəzzaya hava hücumları nəticəsində ölənlərin sayı 135-ə, yaralıların sayı 950-yə yüksəlib. Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
İsrailin rəsmi radiosu isə Qəzzadan İsrailə 60 raketin atıldığı barədə məlumat yayıb. Raketlərin hamısının zərərsizləşdirildiyi bildirilir.
Qəzzaya hava hücumları zamanı HƏMAS lideri və keçmiş baş nazir İsmayıl Haniyənin bacısı oğlu da öldürülüb. Əvvəlcə məlumat yayıldı ki, hücum zamanı HƏMAS liderinin bacısının üç övladı ölüb. Lakin sonradan Səhiyyə Nazirliyinin rəsmisi bildirdi ki, Qəzzanın şimalında hava hücumu nəticəsində 6 nəfər ölüb və onlardan biri – Nadal Məhəmməd Əbu əl-Meleş İsmayıl Haniyənin bacısı oğludur.
HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Kəssam” briqadası Qəzza üzərində İsrailin pilotsuz təyyarəsini vurduğunu bəyan edib. Məlumata görə, təyyarə Qəzzanın qərbindəki Ər-Rimal bölgəsinə düşüb. İsrail tərəfi bununla bağlı heç bir açıqlama verməyib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub