24 yaşlı sürücünün ötmə əməliyyatı qəzaya səbəb oldu: 2 yaralı
Şirvanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb. Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.
Şirvan sakini, 24 yaşlı Mənsimov Əlikram Əlisahib oğlu idarə etdiyi “Lada-Priora” markalı avtomobillə ötmə əməliyyatı zamanı qarşıdan gələn Şirvan sakini 38 yaşlı Qocayev Elnur Qurban oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobilin yoluna çıxaraq qəza törədib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
464
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
625
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
576
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1115
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
968
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
984