Bakıda dindarlar arasında kütləvi dava: 1 ölü, 1 yaralı - YENİLƏNİB
Dindarlar arasında düşən mübahisə ölümlə nəticələnib. Baki Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, iyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənovla dindar yoldaşı Samur Həsənov arasında mübahisə yaranıb. Məsələyə aydınlıq gətirmək məqsədi ilə tərəflər Biləcəri qəsəbəsində dairə deyilən ərazidə görüşüblər. 6-cı polis bölməsindən verilən məlumata görə, mübahisədə təxminən 8 nəfər iştrak edib. Samur Həsənov əvvəl din yoldaşı Fərid Həsənovu boyun nahiyəsindən odlu silahla yaralayıb. Onun qardaşı, 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyəsindən bıcaqlanıb. Fərid aldığı xəsrətdən hadisə yerinin 100 metr yaxınlığında ölüb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.
Hadisədə iştrak edən 6 nəfər də saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub