Bu il Azərbaycanda 30 üçəm dünyaya gəlib
Bu ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qızdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür. İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə qalıb.
OXŞAR XƏBƏRLƏR
17:46
464
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
625
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
576
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1115
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
968
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
984