Xətai rayonunda minik maşını körpüdən aşıb
Bakının Xətai rayonunda minik maşını körpüdən aşıb. APA TV-nin məlumatına görə, hadisə Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki körpüdə qeydə alınıb. Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü körpüyə daxil olan zaman idarəetməni itirərək maşını əvvəlcə körpünün kənarlarındakı maniyəyə çırpıb. Ancaq sürət yüksək olduğundan avtomobil körpüdən aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. “BMW” markalı avtomobilə ciddi ziyan dəyib. Hadisədən sonra sürücü maşını tərk edərək ərazidən uzaqlaşıb. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub