Əməkdar artist Xanım Qafarova dünyasını dəyişib - YENİLƏNİB
Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova bu gün günorta saatlarında dünyasını dəyişib. Mərhum aktrisa evində vəfat edib.
Xanım Qafarova 2009-ci ildən süd vəzi xərçəngindən bəri əziyyət çəkib. Yaxınlarının dediyinə görə, o bu gün səhər saatlarına qədər danışıb, yaddaşı üstündə olub.
Mərhumun evinə onun yaxınları, doğmaları və dostları toplaşıb. Xanım Qafarova bu gün axşam saatlarında doğulduğu Kürdəxanı kəndində dəfn olunacaq.
Qeyd edək ki, 1967-ci il mayın 9-da Bakıda anadan olan mərhum aktrisa 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. 1996-cı ildən is Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alaraq, həmin teatrda oynadığı bir çox rolları ilə onu sevənlərin yaddaşında qalmağı bacarıb. Məhz bunun nəticəsində isə 2003-ci ildə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülüb.
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Xanım Qafarova dünən axşam saatlarında APA-ya verdiyi açıqlamasında iyulun-12 də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini demişdi. Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub