Ermənilər təmas xəttində Tərtər sakinini girov götürüb
Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. APA-nın News.am-a istinadən verdiyi məlumata görə, girov götürülmüş şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir. Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Şahbaz Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir. Məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-nın sorğusuna cavab verilməyib. Azərbaycan Müdafiə Nazirliyi isə məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan KİV-də yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.
OXŞAR XƏBƏRLƏR
17:46
482
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
645
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
594
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1117
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
968
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
988