Bakıda “Volkswagen” dirəyə çırpıldı: 1 ölü, 2 yaralı
Gecə saatlarında Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
“Volkswagen” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Bundan sonra maşın aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 49 yaşlı Məhərrəm Əsgərov dünyasını dəyişib, daha iki sərnişin - 50 yaşlı Maya Şirəliyeva və 62 yaşlı Rasim Əliyev müxtəlif dərəcəli bədən xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
Hadisənin dəqiq səbəbi hələki məlum deyil. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
484
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
647
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
595
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1117
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
968
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
988