20 yaşlı qız nişanı günü itkin düşdü
Zaqatalada 20 yaşlı qız özünün nişanı günü evdən nəməlum istiqamətə gedərək bir daha geri dönməyib. APA TV-nin məlumatına görə, 1994-cü il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb. Əsmər Osmanovanın ailə üzvülərinin APA TV-yə verdiyi məlumata görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırdılar. Valideynlərinin sözlərinə görə, Əsmər Osmanova nişanlanacağı gənci sevirmiş.
Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşmələri barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.
20 yaşlı qızın itkin düşməsi ilə bağlı Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, iyunun 27-dən Əsmər Osmanovanın yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat- axtarış qurupu yaradılıb. Hazırda axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub