Attraksionda qəza baş verdi, xəsarət alan var - YENİLƏNİB
Zaqatalada bədbəxt hadisə baş verib. 50 ildən çoxdur quraşdırılan əyləncə qurğusu - attraksion qırılıb. APA TV-nin məlumatına görə, hadisə şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb. Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksionda qəza baş verib. Attraksionun nəzarətçisi Bereko Əsədulla baş verən hadisəni belə xatırlayır: "Ora baxanda gördüm ki, karusel yavaş-yavaş əyildi və çarxdan çıxdı. Həmin an "rubilnik”i söndürdüm. Sonra əyilən karuseli istədim saxlayım ki aşmasın, amma gücüm çatmadı".
Hadisə baş verən zaman işlək vəziyyətdəki attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini Cumayeva Gülçöhrə Əhməd qızı yüngül xəsarət alıb. "Həmin an dəqiq yadımda deyil, orada bir uşaq vardı. Attraksion aşanda ona tərəf aşdı. Mən də ona baxırdım. ondan sonrası yadıma gəlmir. Birdə ayılanda gördüm, oğlanlar mənim üstümə düşən dəmiri götürürlər. Qalxdım ayağa, amma başım gicəlləndi, yıxıldım. Sonra gətirdilər məni evə, oradan da xəstəxanaya".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub