Hökumət Evinin qarşısında baş verən qəzada sürücü xəsarət alıb
Bakının Səbail rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV –nin məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. Azadlıq prospekti ilə Neftçilər prospektinin kəsişməsində “Toyota” və “Hyundai” toqquşub. Nəticədə “Hyundai”nin sürücüsü yaralanıb. Hadisə yerinə təcili yarıdm çağırılıb. Yaralı Bəxtiyar Feyzullayevə ilkin yarım göstərildikdən sonra o 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə, qəzaya “Toyota”nın sürücüsü səbəb olub. O, sərt manevr edərək “Hyundai”ın yoluna çıxıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
536
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
701
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
652
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1119
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
970
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
991