Qubada 20 yaşlı gənci maşın vurub
Qubada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba yolunun 150-ci km-də, Qubanın Paşa-oba kəndi ərazisində qeydə alınıb. Belə ki, 28 yaşlı Quba rayon İsnov - qışlaq kənd sakini Rəşad Qasımov ”QAZ 2705” markalı avtomobili ilə yolu keçməkdə olan 20 yaşlı Bərqov kənd sakini Əhmədov Sahil Seyfəddin oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə açıq kəllə beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:46
536
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
701
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
652
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1119
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
970
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
991