Baş nazirin müavini: "Elə həkimlər var ki, onların fəaliyyəti..."
"Azərbaycana başqa ölkələrdən gələn, peşəkarlıq səviyyəsi o qədər də aydın olmayan həkimlərin fəaliyyəti ciddi diqqət mərkəzində olmalıdır. Bu cür həkimlərin fəaliyyəti nəticəsində ciddi fəsadlar ortaya çıxır”.
Baş nazirin müavini Əli Əhmədov deyir ki, Azərbaycanın səhiyyə sistemində həqiqətən də müəyyən qədər neqativ hallar var. Bütün bunların hər biri icbari tibbi sığortanın tətbiq edilməsi ilə bütövlükdə aradan qaldırılacaq. Əli Əhmədovun fikrincə, bu sahədə ən böyük islahat elə icbari tibbi sığortanın tətbiq edilməsi olacaq. İcbari tibbi sığorta mahiyyət etibarilə səhiyyədə, səhiyyənin maliyyələşməsində, eyni zamanda, pasient-həkim münasibətlərində bütövlükdə yeni bir mexanizmin yaradılmasını nəzərdə tutur. Əli Əhmədov Azərbaycan vətəndaşlarının müalicə olunmaları üçün xarici ölkələrə üz tutması ilə bağlı məsələyə də münasibət bildirib.
"Həqiqətən bizi narahat edən məqamlardan biri də odur ki, Azərbaycan vətəndaşlarının müəyyən hissəsi müalicə və müayinə məqsədi ilə digər ölkələrə gedirlər. Məqsədimiz ondan ibarətdir ki, bu cür gedişləri minimuma endirək. Güman edirəm ki, islahatlar nəticəsində bu halların aradan qaldırılması da mümkün olacaq".
Baş nazirin müavini hesab edir ki, Azərbaycan vətəndaşlarının Azərbaycan səhiyyəsinə və həkimlərinə inamı və etibarı yüksəlməli, eləcə də xaricə gedənlərin sayı azalmalıdır. Bu istiqamətdə ciddi işlər aparılır və güman edirik ki, ölkəmiz buna nail olacaq.
İlahə Vəliyeva Azər Nağıyev APA TV.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub