Rusiyadan yeni qayıdan Tovuz sakini anasını öldürüb
Tovuzda qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini 38 yaşlı Əli Vəliyev öz doğma anası 72 yaşlı Tamilə Quliyevanı bıçaqlayaraq qətlə yetirib. Rayon Prokurorluğundan verilən məlumata görə hadisə Şəhərin Nəsimi küçəsində baş verib. Uzun müddət Rusiyada yaşayan Əli Vəliyev ölkəyə 10 gün əvvəl gəlib. Mərhum Tamilə Quliyeva ilə birgə yaşayan övlad anası ilə mübahisə etdikdən sonra onu qətlə yetirib. Ağır yaralanan ana qonşuya qaçıb və orada vəfat edib. Hadisəni törədən 38 yaşlı Əli Vəliyev isə cinayətini etiraf edərək polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır. Qeyd edək ki, 2 oğul bir qız anası olan 72 yaşlı qadın uzun müddət Tovuz Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışıb.

OXŞAR XƏBƏRLƏR
14:24
812
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1371
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1601
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1230
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1627
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1120