Cəlilabadda Gəncə sakinindən 7 kiloqram marixuana tutulub
Cəlilabad polisi narkotik tərkibli marixuananı satmaq istəyən şəxsi “iş başında” yaxalayıb. Cəlilabad rayon Polis Şöbəsindən (RPŞ) APA TV-nin cənub bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Gəncə şəhər sakini, 49 yaşlı Rəhim Fərhad oğlu Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ilkin ifadəsində Rəhim Tağıyev Şəmkir rayonunda yolun kənarından yığdığı 7 kiloqram marixuananı satmaq məqsədilə Cəlilabad rayonuna gətirdiyini və bu işdə adları polisə hələlik məlum olmayan daha 2 nəfərin onunla şərik olduğunu bildirib. Lakin həmin şəxslər Cəlilabada çatdıqdan sonra gizlicə aradan çıxıblar. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdımalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub