Əli Əhmədov: “YAP bələdiyyə seçkilərinə hazırlığa start verib”
"Yeni Azərbaycan Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa artıq start verib. Hazırkı üzvlər arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaq və YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər". APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib. Onun sözlərinə görə, bu məqsədlə artıq partiya daxilində namizədlərin müəyyənləşdirilməsi prosesi həyata keçirilir.
"YAP-ın istər mərkəzi strukturları, istərsə də yerli strukturları qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlara başlayıblar. YAP bələdiyyələrdə geniş şəkildə təmsil olunub. Bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər. Onlar arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər”.
Əli Əhmədov əlavə edib ki, bələdiyyə seçkilərində namizədlər göstərilən zaman 5 il ərzində ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim ediləcək.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub