Ucarda dəhşətli qəza: 2 nəfər diri-diri yandı
Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar. Bakı-Qazax yolunda tıxac yaranıb.
OXŞAR XƏBƏRLƏR
17:46
536
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
701
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
652
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1119
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
970
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
991