İsrail “Həmas” liderlərindən birini zərərsizləşdirdi
İsrail Fələstin ərazisinə zərbələr endirməkdə davam edir. Qəzza sektoruna endirilən hava zərbələri nəticəsində ən azı 25 fələstinli ölüb, 70-dən çox insan yaralanıb. İsrail ordusu isə son iki gündə ölkə ərazisinə 117 raketin atıldığını, 29 raketin isə raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. İsrail tərəfi Qəzza sektoruna hava və dənizdən endirdiyi zərbələr nəticəsində 200 hədəfi sıradan çıxarıb. İsrail təyyarələri Fələstin Səhiyyə Nazirliyinə məxsus xəstəxanaya da zərbə endiriblər.
Avtomobillərdən birinə endirilən raket zərbəsi nəticəsində 4 “Həmas” üzvü ölüb. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl Kudra Xan Yunus şəhərində bir “Həmas” liderinin evinə hücum olduğunu, hücum nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.
İsrail ordusu isə hava bombardmanı zamanı "Əl Qüds" briqadasının "İslam cihadı" qanadına rəhbərlik edən Hafez Hamad adlı şəxs öldürüldüyünü açıqlayıb. Fələstin mənbələri məlumatı təsdiqləyib.
Qeyd edək ki, iyulun 8-də İsrail Fələstinə qarşı hərbi əməliyyatlara başladığını elan edib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub