Braziliyada iğtişaşlar: Mağazalara basqın edildi, avtobuslar yandırıldı
Braziliya yığmasının dünya çempionatının yarımfinalında Almaniya qarşısında biabırçı məğlubiyyətə uğraması ölkədə iğtişaşlara səbəb olub. 7-1 hesablı məğlubiyyətdən sonra üsyan edən azarkeşlər küçələrə tökülüb. San-Paulu və Recife şəhərlərində azarkeşlər əsəblərini mağazaları soymaqla sakitləşdiriblər. Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. San-Pauluda azarkeşlər bələdiyyə avtobuslarını yandırıb, küçələrdə maşın təkərlərinə od vurmaqla Braziliya yığmasına və FİFA-ya etirazlarını bildiriblər. Kopakabanada insanların təşvişə düşməsini fürsət bilən oğrular çimərlikdə oyunu seyr edən azarkeşlərin çantalarını oğurlayaraq qaçmağa başlayıblar. Millinin məğlubiyyətinin acığını oğrulardan çıxmaq istəyən çoxlu sayda azarkeş oğruları qovmağa başlayıb. Polis oğruların linç edilməsinə imkan verməyib, onları qızğın azarkeşlərin əlindən alıb. Yeddi oğru həbs olunub. Polis vertolyotları azarkeş qruplarının toplaşdığı ərazilərin üzərində uçuşlar keçirərək ərazini işıqlandırıblar. Ölkədə lokal miqyaslı daha bir neçə iğtişaş qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub