Skolari Braziliya xalqından üzr istədi: “Bu, fəlakətdir”
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari dünya çempionatının yarımfinalındakı məğlubiyyəti şərh edib. O, Braziliya millisinin Almaniya yığmasına 1:7 hesabı ilə məğlub olmasını "fəlakət" adlandırıb. SİTAT: "Almaniya yığması sadəcə fantastika idi. Hər şey əleyhimizə oldu. Künc zərbəsindən qol buraxdıq, panikaya düşdük. Sonra isə toplar bir-birinin ardınca qapımıza gəldi".
Skolari bildirib ki, heyəti və taktikanı müəyyənləşdirən şəxs kimi məğlubiyyətə görə məsuliyyəti şəxsən özü daşıyır: "Bu, fəlakətli nəticədir. Braziliya xalqından məğlubiyyətə görə üzr istəyirəm. Ümid edirəm ki, insanlar bizi bağışlayacaq və üçüncü yer uğrunda oyunda dəstəkləyəcək".
Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə bildirib ki, oyunun bu hesabla nəticələnəcəyini heç kim gözləmirdi: "Müəyyən mənada bəxtimiz gətirdi. Erkən qol vuruq. Hesab 4:0-a çatdıqdan sonra isə rəqib özünü itirdi. Braziliyanın oyununda təşkilatçılıq itdi. Fasilədə artıq məlum idi ki, biz qalib gələcəyik".
Yoahim Lövün fikrincə, Almaniya millisi ciddiyəti itirməməli və qarşıda ən vacib oyunun olduğunu unutmamalıdır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub