Şəkidə dəhşətli qəza: 4 ölü, bir yaralı!
Şəkidə baş verən dəhşətli yol qəzasında 4 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. APA TV-nin məlumata görə, ağır yol qəzası Şəki-Qax yolunun 20-ci kilometrliyində, rayonun Baş Layski kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonunun Cunut kənd sakini, 29 yaşlı Xəyal Ağası oğlu Əbdurrəhmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Şəki rayonunun Aşağı Layski kənd sakini, 30 yaşlı Ruslan Mixayıl oğlu Yusifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.
Qəza nəticədə “VAZ-2106”-nın sürücüsü Ruslan Yisifov və onun sərnişinləri, Şəki rayonunun Aşağı Layski kənd sakinləri - 31 yaşlı Əbdurrəhmanov Sadiq Akif oğlu, 33 yaşlı Məmmədhəsənov Səxavət Əli oğlu, həmçinin “VAZ-2107”-nin sürücüsü Xəyal Əbdurrəhmanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində keçiniblər. “VAZ-2107”-nin sərnişini Şəki rayonunun Cunut kənd sakini, 47 yaşlı Bayramov Bəhram Bayram oğlu isə xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub