Ərdoğanın maşın karvanı qəzaya uğradı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Dənizliyə səfəri zamanı zəncirvari qəza baş verib. Prezident seçkiləri ərəfəsində bölgələrə səfərini Dənizlidə davam etdirən baş naziri müşayiət edən avtomobil karvanındakı 6 maşın toqquşub.
Rəcəb Tayyib Ərdoğan Dənizliyə təyyarə ilə gedib. Onu hava limanından şəhər mərkəzinə aparan avtomobil karvanındakı bir neçə avtomobil yol ayrıcında qəzaya uğrayıb. Toqquşan avtomobillərdən bəzilərində mühafizəçilər olub.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzaya uğrayan avtomobildəkilər yollarına başqa avtomobillərlə davam ediblər. Hadisənin baş verdiyi yol bir müddət bağlı qalıb.
OXŞAR XƏBƏRLƏR
17:46
548
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
711
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
663
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1121
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
972
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
993