Davudoğlu: Krım tatar türklərinin vətənidir
"Krım tatar türklərinin vətənidir". Bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Krım Milli Məclisinin sədri Rifat Çubarovun Krıma buraxılmamasına münasibət bildirən Davudoğlu deyib ki, Türkiyə Ukraynada baş verənlərlə bağlı prinsipial mövqe nümayiş etdirib. Nazirin sözlərinə görə, Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, digər tərəfdən, rus, tatar və ukraynalıların Krımda sülh içərisində yaşaya bilməsinə çalışıb. Əhməd Davudoğlu onu da deyib ki, tatarlar ilk gündən Krımda sülhün yaranmasına yardım ediblər: "Krımda belə böyük xaosun içərisində hələ etnik sülh mühafizə olunursa, buna Krım türklərinin pozitiv addımlarının təsiri çox böyükdür".
Əhməd Davudoğlu ümid etdiyini bildirib ki, tezliklə Ukraynadakı böhran həll olunacaq və Krım sülh yarımadasına çevriləcək.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub