Səfir Abbasəli Həsənov: “Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının iclası...”
"Azərbaycan Tacikistan hökumətlərarası müştərək komissiyasının birgə iclasının payızda keçirilməsi nəzərdə tutulur. İclasın Düşənbə şəhərində keçirilməsi planlaşdırılır”. Bu fikirləri APA TV-yə açıqlamasında Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında hidroenergetika, sənaye, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var.
" Azərbaycan bu sahələrdə böyük təcrübəyə malikdir. Hər iki ölkənin özəl sektorları arasında sıx əlaqələr var. Ticarət dövriyyəsi bəzi amillərdən asılıdır. Əsasən alüminium istehsalı və satışı sahəsində sıx əməkdaşlıq edirik. Hazırda dünya bazarında alüminiumun qiyməti aşağı olduğundan bu, ticarət dövriyyəsinin azalmasına təsir edib".
İki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da davam etdiriləcək: "Ölkələrimizin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylər artırılacaq".
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub