ABŞ Dövlət Departamenti: “İŞİD liderinin videosu montaj deyil, həqiqətdir”
ABŞ Dövlət Departamenti İŞİD lideri Əbubəkr əl-Bağdadinin ötən cümə yayımlanan videosunun həqiqi olduğunu bəyan edib. APA TV-nin məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, görüntülərin saxta olduğunu iddia etmək üçün əsasları yoxdur. SİTAT: “O videoya biz də baxdıq. Hesab edirik ki, görüntülər saxta deyil. Əksini düşünmək üçün əlimizdə əsas yoxdur”. Cen Psaki İŞİD liderinin bir neçə il əvvəl ABŞ-da həbsxanaların birində girov saxlandığı ilə bağlı sualı cavablandırmayıb. Xarici mətbuatın yazdığına görə, İŞİD liderinin Federal Təhlükəsizlik Bürosunda olan şəkli bir neçə il əvvəl ABŞ-da həbsdə saxlanan zaman çəkilib. Bağdadinin 4 il həbsdə yatdığı bildirilsə də, həbsin səbəbləri açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR
17:46
548
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
711
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
663
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1121
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
972
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
993