Göygöldə sel fəlakəti! Bir nəfər boğularaq öldü!
Göygöl rayonuna yağan güclü leysan bir nəfərin həyatına son qoyub. Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin APA TV-yə verdiyi məlumata görə, rayonun dağlıq ərazisinə yağan güclü leysan Gəncə çayında suyun səviyyəsini artırıb. Nəticədə çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb. Çayın kənarında olan iaşə obyektlərinə su dolub. Leysan nəticəsində çayın kənarında olan yeməkxanalardan birinin su ilə dolması nəticəsində orada mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğularaq ölüb.
Bundan başqa elektrik dirəkləri aşıb və 6 kənd işıqsız qalıb. Təbii fəlakət nəticəsində rayonun kənd təsərrüfatı və yol infrastrukturuna ciddi ziyan dəyib. Turani Əliyev hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub