Ukraynada güc strukturları daha bir yaşayış məntəqəsini azad ediblər
Ukraynada güc strukturları Donetsk vilayətinin Semyonovka yaşayış məntəqəsini separatçılardan azad ediblər. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, “İnformasiya Müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk özünün “Facebook” səhifəsində yazıb.
Digər yandan Ukrayna prezidenti Pyotr Poroşenko Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri Vasili Krutovu tutduğu vəzifədən azad edib. Poroşenkonun digər sərəncamı ilə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Qritsak Antiterror mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Vasili Krutov 2014-cü ilin aprelindən Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına rəhbərlik edirdi.
OXŞAR XƏBƏRLƏR
17:46
597
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
762
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
713
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1123
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
975
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
997