Binəqədidə “Mercedes”lə “Opel” toqquşub, xəsarət alan var
Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, 25 yaşlı Arif Feyziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Azadlıq prospekti ilə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq, təyin edilməmiş yerdə dönmə əməliyyatını yerinə yetirmək istəyib. Lakin əks istiqamətdə hərəkət edən “Opel” markalı avtomobil idarəetməni itirərək “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü xəsarət alıb. Dərhal hadisə yerinə təcili yardım briqadası və Yol patrul xidmətinin əməkdaşları gəlib. Xəsarət alan sürücü 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Baş verən qəzadan sonra Azadlıq prospektdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.Yararsız hala düşmüş avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra prospektdə avtomobillərin hərəkəti bərpa olunub. Hadisə yerində olan polisin araşdırmaları nəticəsində məlum olub ki, qəza sürücü Arif Feyziyevin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub