Yasamalda iki otaqlı evdə yanğın olub
Yasamalda mənzildə yanğın hadisəsi baş verib. Hadisə paytaxtın Yasamal rayonu Dadaş Bünyadzadə 44 ünvanında yaşayan 60 yaşlı Fərhad Məmədova məxsus birmərtəbəli evdə qeydə alınıb. Mənzilin alışdığını görən ev sahibi dərhal hadisə haqqında Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumat verib. Qonşuların köməkliyi ilə mənzildəki əşyaları yanğından qoruya bilsələrdə yataq otağında olan divan və kireslo yanıb. Hadisə yerinə nazirliyin Dövlət yanğından Mühafizə İdarəsinin Yasamal Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğın zamanı xəsarət alan olmasada ümumi sahəsi təqribən 57 kv.m olan 2 otaqlı mənzilin yataq otağında olan sənədlər və əşyalar yanıb.Yanğın qısa zamanda söndürülüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aprılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub