Zaqatalada həbsdən çıxan şəxs tibb bacısını vurub
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Zaqatala şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. 1986-cı il təvəllüdlü Emil Çingiz oğlu Qurbanov idarə etdiyi “VAZ- 21011” markalı "90 RB 562" dövlət nişan nömrəli avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1983-cü il təvəllüdlü Sevil Seyfullah qızı Həsənovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevil Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Sevil Həsənovaya qapalı kəllə-beyin travması və aşağı ətrafların sıyrığı dioqnozu qoyulub. Sevil Həsənovanın hazırda vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxanada aparılır.
Məlumatda bildirilir ki, qəzanı törədən Emil Qurbanov bir müddət əvvəl həbsxanadan azadlığı çıxıb. Sevil Həsənova isə, Zaqatala Dioqnoztika Mərkəzində tibb bacısı vəzifəsində çalışır. Qəza baş verən zaman Sevil Həsənova Zaqatala şəhərində fəaliyyət göstərən uşaq bağçasından azyaşlı övladını götürüb evinə gedirmiş. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub