Səhiyyə Nazirliyi: Gülarə Həsənli qarpız zəhərlənməsindən ölməyib
"17 yaşlı Gülarə Həsənlinin ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı və müsariqə arteriyalarının trombozudur". Bu açıqlamanı APA TV-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli verib. Onun sözlərinə görə, sözügedən xəstəlik talassemiyadan əziyyət çəkən xəstələr üçün tipik haldır: "Mütəxəssislərin rəyində birmənalı olaraq bildirilir ki, Gülnarə Həsənli kəskin ürək-damar çatışmazlığı və müsariqə arterialarının trombozundan dünyasını dəyişib. Hər ehtimala qarşı evdə olan bütün yeməklərdən nümunələr götürülüb. Onların analizlərinin cavabı isə sabah məlum olacaq".
Anar Qədirli deyib ki, Talassemiya Mərkəzində reanimasiya şöbəsi olmadığından xəstənin orada müalicə edilməsi mümkün olmayıb: "Talassemiya Mərkəzində reanimasiya şöbəsi yoxdur və bu səbəbdən də Gülnarə Həsənli orada saxlanılmayıb. Xəstənin Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutuna aparılması düzgün olardı. Orada ona həm qan köçürülərdi, həm də daha düzgün diaqnoz qoyulardı".
Xatırladaq ki, talassemiya xəstəliyindən əziyyət çəkən 17 yaşlı Gülarə Həsənli günorta saatlarında qarpız yeyib, axşama doğru onun vəziyyəti ağırlaşıb. Təcili tibbi yardım stansiyasının həkimləri qıza ilkin tibbi yardım göstərsələr də, bir müddət sonra Gülarə Həsənlinin vəziyyəti yenə pisləşib və o dünyasını dəyişib. Valideynləri qızın ölümündə həkimləri günahkar bilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub