Narkotik becərən: "Əkmişdim ki, ağ günə çıxım"
Sabirabad sakininin həyətyanı sahəsindən narkotik tərkibli çətənə kolları aşkar edilib. Sabirabad rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) “Xaş-xaş 2014” şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qaratoğay kənd sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İsa Heydərovun həyətinə baxış keçirilən zaman oradan ümumi çəkisi 26 kiloqram olan 100 ədəd çətənə kolu, bundan əlavə 1,2 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
"Əkmişdik ki, bəlkə ağ günə çıxdıq. Yaşamaq lazımdır. Uşağa sünnət toyu eləmək lazımdır. Kənd yeridir. Bostanda pul yoxdur. Əkmişdim ki, çəkim, satım, pay verim. Uşağa toy edəcəkdim. Uşaq yeddidə oxuyur, hələ sünnət toyu etməmişəm".
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub